EN

Millimizin üzvü Polşa çempionatının ən yaxşıları arasında - FOTO

Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasında yer alıb.

Sportal.az xəbər verir ki, "Radomyak"ın müdafiəçisi 15-ci turun ən yaxşıları arasına seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Rahilin komandası hesabat turunda "Poqon"u 1:0 hesabı ilə məğlub edib. 28 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Radomyak" 15 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Chosen
18
sportal.az

1Sources