"Biz hamımız Beynəlxalq Ticarət Palatasının kommersiya təcrübəsi vasitəsilə çox yaxşı bilirik ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil: onun təsiri burada və indi hiss olunur", - Palatanın Baş Katibi Con Denton şərh edib.
Tədqiqatçılar 10 il ərzində 1,6 milyard insana təsir edən 4000 ekstremal hava hadisəsi əsasında hesablamalar aparıblar.
2014-2023-cü illər ərzində iqtisadiyyata 934,7 milyard dollar ziyan dəyib.
İnkişaf etməkdə olan ölkələr potensial olaraq daha çox zərərlə üzləşirlər.
www.anews.az