EN

Kiçik iqtisadiyyatların maliyyəyə çıxışı COP29 danışıqlarının mühüm elementidir - Con Podesta

Bakı. Trend:

Kiçik iqtisadiyyatların maliyyəyə çıxışı COP29 danışıqlarınınmühüm elementidir.

Bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə başmüşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən brifinqdəTrend-in sualınıcavablandırarkən deyib.

"Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üçün dəstək səviyyəsiolan 100 milyard dollar və daha yuxarı məbləğin ayırmasını müzakirəetmək üçün çox vaxt sərf etdik. Lakin maliyyəyə çıxış imkanlarınıyaxşılaşdırmaq üçün çox mühüm işlər görülməlidir", - deyə obildirib.

C.Podesta qeyd edib ki, ABŞ beynəlxalq maliyyə qurumları, ocümlədən iqlim fondları ilə işləyir ki, öz proseslərinitənzimlədiklərinə, bu ölkələrin və bu iqtisadiyyatların buvəsaitlərə çıxışını təmin etmək üçün lazımi yardım göstərmələrinəəmin olsunlar.

"Çox vaxt proses üçün dəstək əldə etmək mümkün olduqda belə,prosesin özü o qədər çətin olur ki, xüsusilə kiçik ölkələr onadaxil ola bilmirlər. Belə ki, bu, danışıqların kritik elementiolduğuna inandığımız bir şeydir və və ümid edirik ki, biz yeniNCQG-nin son versiyasını formalaşdırmağa çalışdıqca, bütün dünyadagiriş birdəfəlik təmin ediləcək", - deyə o əlavə edib.

Məqalədə:
Chosen
25
2
az.trend.az

1Sources