Bakı. Trend:
Ölkələr COP29-da metanın azaldılması üçün yeni öhdəliklərgötürəcəklər.
Trend xəbər verirki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə başmüşaviri Con Podesta Bakıda keçirilən COP29 çərçivəsində keçirilənbrifinqdə deyib.
"Sabah görüşəndə siz ölkələrin neft və qaz sektorundanemissiyaları, xüsusilə metanı azaltmaq üçün bir sıra yeniöhdəliklər götürdüyünü görəcəksiniz. Biz bunun üçün ciddi qaydalarqoymuşuq və ABŞ-ın neft və qaz sektorundan emissiyaları, xüsusiləmetanı azaltmaq üçün mübarizə aparacaq və bu qaydaların qüvvədəqalmasını təmin edəcəyik. Biz həmçinin metan emissiyalarınıazaltmaq üçün ABŞ və digər ölkələrlə işləməyə böyük marağınolduğunu görürük", - deyə o bildirib.