EN

İlham Əliyevin Qərbə növbəti mesajı – Heç bir təqib və təzyiq…

  Prezident İlham Əliyev Bakıda keşirilən COP29 tədbiri çərçivəsində Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb. Görüş zamanı İlham Əliyev bir neçə mühüm mesajlar verib. Belə ki, dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu görüş Prezident İlham Əliyevin verdiyi mühüm mesajlarla diqqəti cəlb edir:

“Azərbaycan müxtəlif platformalarda islam həmrəyliyinin güclənməsinə töhfə verir. Bu, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı rolu ilə əlaqədardır. Ölkəmiz sözügedən təşkilatın əsas üzvlərindəndir. Eyni zamanda təşkilata üzv olan ölkələrin müxtəlif sahələrdə inteqasiyasına da töhfə verir. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu imkan verir ki, rəsmi Bakı İslam Həmrəylinin güclənməsində böyük rol oynasın”.



Kənan Novruzov

 Siyasi şərhçinin sözlərinə görə, islamafob ölkələr müsəlman dövlətləri arasında əməkdaşlığa mane olmağa çalışırlar:

“Bu, müxtəlif formalarda özünü göstərir. Fransa, Niderland kimi dövlətlərdə Azərbaycanafob, türkəfob meyillər getdikcə güclənir. Həmin dövlətlər də islam ölkələri arasında inteqrasiyanı qəbul etmək istəmirlər.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən biri də dini tolerantlıqla bağlıdır. Azərbaycanda həqiqətən də dini tolerantlıq var. Heç bir din nümayəndəsinə qarşı təzyiq və təqib yoxdur. Bununla ölkəmiz həm də öz demokratiyasını sübut etmiş olur”.  

Chosen
41
40
referans.az

10Sources