EN

Mayk Tayso Ceyk Polla döyüşəcək...

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson bloger Ceyk Pol ilə döyüşündən bir həftə əvvəl öz İnstaqram səhifəsində hazırkı formasını nümayiş etdirib.

SİA xəbər verir ki, şəkillərdə 58 yaşlı idmançı yumruq torbası ilə məşq edir.

İyun ayında Tayson Paulla iyunun 27-də baş tutmalı olan döyüşünü xəstəlik səbəbindən təxirə salmışdı.

Həkimlər idmançıya yaxın bir neçə həftə ərzində minimal fiziki fəaliyyət göstərməyi tövsiyə ediblər, bundan sonra o, tam məşqlərə qayıda biləcək.

Hər iki tərəf döyüşə hazırlığın qeyri-bərabər olacağı qənaətinə gəlib.

Qeyd edək ki, Pol və Taysonun döyüşü noyabrın 16-da ABŞ-ın Arlinqton şəhərindəki A&T Stadiumunda baş tutacaq.

Əli Babayev

Chosen
45
sia.az

1Sources