EN

Zaqatalada gənc oğlan özünü yandırdı

Zaqatalada 23 yaşlı gənc özünü yandırıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yengiyan kəndində baş verib. Kənd sakini 23 yaşlı Samir Bədir oğlu Bədirov yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb.

Yaxınlarının xilas etdiyi S. Bədirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanada S. Bədirova bədənin 4-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

S. Bədirova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
28
heftelik.az

1Sources