EN

“QHT sektoru COP tədbirlərində aktiv iştirak edir” – Ayşən Fəxrəddinqızı

“Ölkəmizdə COP tədbirləri nəzərdə tutulduğu olan üzrə, yüksək təşkilatçılıq şəraitində davam etdirilir. Azərbaycan regional güc mərkəzi olmaqla yanaşı, dünyanın qlobal çağrışlarına da adekvat cavab verir. Bu böyük miqyaslı tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadı daha da gücləndirəcək”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı söyləyib.

A.Fəxrəddinqızı bildirib ki, cari ilin əvvəlindən Azərbaycanın ictimai sektoru da bu mühüm beynəlxalq kampaniyada yaxından iştirak edir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP mövzusunda ayrıca müsabiqə elan etməsi, QHT-lərin bu prosesdə effektiv iştirakına daha da təkan verdi. QHT-lər dünyadakı iqlim dəyişiklikləri, ekoloji tarazlığın pozulması, bu sahədə ölkəmiz üçün spesifik problemlərlə bağlı müxtəlif mövzulara müraciət ediblər. Həmçinin, COP pavliyonlarında QHT Forumu və digər QHT-lərin müxtəlif təqdimatları təşkil olunur. Biz iştirak etdiyimiz təqdimatlarda görürük ki, QHT sektoru COP tədbirlərində aktiv iştirak edir. Ümid edirəm ki, bu aktivlik sonadək davam edəcək. Bu sahədə profilləşmiş QHT-lərimiz gələcək fəaliyyətlərində də bu mövzulara üz tutacaqlar”.

Könül/Turkustan.az

Chosen
49
turkustan.az

1Sources