EN

Tramp sabiq konqresmeni Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbər təyin edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkdan keçmiş konqresmen Li Zeldini Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbər təyin edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə noyabrın 11-də "Barron" qəzeti məlumat yayıb.

“Çox güclü hüquqi bazaya malik olan Li, “America First”-ün əsl çempionu idi”, - deyən Tramp seçimini elan edib.

Onun sözlərinə görə, 44 yaşlı Zeldin, ABŞ biznesinin potensialını sərbəst buraxmağa imkan verəcək ədalətli və sürətli islahatları təmin edəcək, eyni zamanda planetin ən təmiz hava və suyu da daxil olmaqla ən yüksək ekoloji standartları qoruyacaq.

Xatırladaq ki, Tramp ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) idarəsinin sabiq direktoru Tomas Homanı ABŞ sərhədlərinin təhlükəsizliyindən cavabdeh olaraq təyin edib.

Chosen
20
1
operativmedia.az

2Sources