EN

Funksiyasını BMT-nin həyata keçirdiyi katiblik Xəzəryanı ölkələrdən birinə köçürülməlidir - Xələf Xələfov

Bakı. Trend:

Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişəAzərbaycan tərəfi qaldırıb və Aşqabad sammitində AzərbaycanPrezidenti İlham Əliyev çıxışında ilk dəfə Xəzərin səviyyəsininaşağı düşməsini və Xəzərdə ekoloji problemlərə xəzəryanıdövlətlərin daha yüksək səviyyədə yanaşmaları ilə bağlı çağırışetmişdi və xüsusi proqramla çıxış etmişdi.

Trend-in məlumatına görə,bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Xələf Xələfov COP29 məkanında jurnalitlərəaçıqlamasında deyib.

O bildirib ki, bu gün bu məsələlər hamısı aktuallığınısaxlamaqdadır.

“Çünki Xəzər dənizində su səthinin azalması Xəzəryanı ölkələr,xüsusilə Xəzər sahilində yerləşən böyük şəhərlər üçün ciddiproblemə çevrilə bilər. Düşünürəm ki, Xəzəryanı ölkələr də Xəzərinxilas edilməsi, onun flora və faunasının qorunub saxlanması, onunsu səthinin qorunub saxlanması və bununla əlaqədar müəyyənlayihələrin işlənib hazırlanması üçün öz səyləriniəsirgəməməlidirlər.

Bütün əməkdaşlıq formatlarında fəaliyyətləri artırmaq lazımdır.Eyni zamanda, bu sahəyə maliyyə dəstəyi verilməsini dəəsirgəməməlidirlər. Ona görə də ilk növbədə biz düşünürük ki, Xəzərdənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli konvensiyanındaimi katibliyinin formalaşması aktual məsələ olaraq qalır.

İndi o katibliyin funksiyasını BMT-nin təşkilatı həyata keçirir,amma təbii ki, katiblik Xəzəryanı ölkələrdən birinə köçürülməlidir.Xəzəryanə ölkələr o katibliyin işini təkmilləşdirməlidir və Xəzərinekoloji problemlərinə daha çox diqqət yetirməlidirlər.

Ən başlıca məsələlərdən biri də Xəzər dənizinin kənardançirklənməsi məsələsi aradan qaldırılmalıdır. Xəzər dənizinə tökülənsu hövzələrinin problemlərinə yaxından baxılmalıdır”, - deyə oəlavə edib.

Chosen
23
3
az.trend.az

4Sources