EN

COP29-un maliyyə çağırışı xilas yolunu nişan verir

“İqlim fəlakətləri ilə mübarizə aparan dövlətləri bu problemin zərərli təsirlərindən qurtulmaq düşündürür”. Bu və digər fikirlər COP29 çərçivəsində keçirilən “USCAN: “Yerli xalqların İqlim Sammitinə baxışı” adlı mətbuat konfransında səsləndirilib.

Bildirilib ki, bu gün onlar dünyanın bir nöqtəsində münaqişənin nə zaman bitəcəyini deyil, iqlim dəyişikliyindən xilas olmanın yollarını düşünürlər. Eyni zamanda, insanlar iqlim maliyyəsinin COP29 çərçivəsində müəyyənləşdirilməli olan məbləğindən xəbərdar olmalıdırlar. COP29-un tərəflərin tutarlı maliyyə mexanizmlərinin tapılmasına istiqamətlənməsi üçün ən optimal platforma kimi dəyərləndirilən tədbirdə o da bildirilib ki, iqlim dəyişikliyi probleminin həlli üzrə təklif olunan üsullar, eləcə də maliyyə mexanizmləri hər bir dövlət, planetin bütün əhalisi üçün əlçatan olmalıdır.

Mətbuat konfransında tərəflərin COP29 çərçivəsində ən optimal maliyyə alətlərinin tapılmasına istiqamətlənəcəyinə əminlik ifadə olunub, bu məsələdə hər bir dövlətin siyasi ambisiyaları, müəyyən müddətə də olsa, kənara qoyub həll prosesinə köklənməli olmasının vacibliyi önə çəkilib. Qeyd olunub ki, dünyanın siyasi nizamı ölkələr arasında əlaqələrin səviyyəsindən asılı olduğu kimi, bəşəriyyətin təhlükəsizliyi də məhz bu amildən asılıdır. “Hesab edirik ki, insanlar iqlim maliyyəsinin COP29 çərçivəsində müəyyənləşdirilməli olan məbləğindən xəbərdar olmalıdır. Biz iqlim dəyişikliyi ilə mübarizədən danışarkən gələcək nəsilləri nəzərə almalıyıq. Bu gün burada başlayacaq danışıqlar mütləq nəticə verməlidir. Dünyada həlli mümkün olmayan məsələ yoxdur. Əsas bu həllə istiqamətlənib, doğru variantı seçməkdir. Dünyanın gələcəyini düşünmək hər birimizin məsuliyyətidir”, – deyə mətbuat konfransında vurğulanıb.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Chosen
4
2
xalqqazeti.az

3Sources