EN

“Amerika Beynəlxalq Atom Enerjisi Agentliyinin işini dəstəkləyib” – Qrossi

“Amerika hər zaman Beynəlxalq Atom Enerjisi Agentliyinin işini dəstəkləyib. Bu Trampdan əvvəlki hökumətlərdə də eyni şəkildə olub. Bunun belə davam edəcəyini düşünürük”.

Bizim.Media xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi jurnalistlərin suallarına cavab verərkən deyib.

O, ölkələrin "no oil - yes soil" ideyasını dəstəkləyərək necə qalib gələcəkləri sualının cavabını tapmalı olduqlarını bildirib:

"Təəssüf ki, asan və hazır cavab yoxdur. Ölkələr özləri dekarbonizə edilmiş bir gələcəyə yol tapmalıdırlar. Burada iqtisadi, siyasi və əmək bazarı baxımından bir neçə məqam nəzərə alınmalıdır".

Günay Şahmar, Bizim.Media

Chosen
8
bizim.media

1Sources