EN

Sabunçu tunelində ölənlərlə bağlı Prokurorluqda iş açıldı


Baku post.az APA-YA istinadən xəbər verir ki, bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.


O, açıqlamasında bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. O hadisə baş verən tuneldə Prokurorluq tərəfindən araşdırma aparılır. Artıq Prokurorluqda iş açılıb. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib.

Xatırladaq ki, oktyabr ayının 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.
Chosen
16
4
bakupost.az

5Sources