EN

Abxaziyada Rusiya Federasiyası ilə “investisiya müqaviləsi”nin ratifikasiyasına qarşı çıxan müxalifətçilərin saxlanmasından sonra etirazlar başlayıb

Suxumida Rusiya Federasiyası ilə müqaviləni ratifikasiya etməməyə çağıran müxalifətçilərin saxlanmasına qarşı etiraz aksiyaları başlayıb. Bu barədə “Respublika” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, etirazçılar respublikanın paytaxtı Suxumi şəhərinin mərkəzindəki Azadlıq meydanına toplaşırlar. Abxaziyanın hər yerindən insanların gəldiyi qeyd olunur. Onlar Rusiya Federasiyası ilə “investisiya müqaviləsi”nin ratifikasiyasına qarşı çıxan müxalifət nümayəndələrinin həbsdən azad edilməsini tələb edirlər.

O da məlum olub ki, etirazçılar Suxuminin qərbindəki Qumista körpüsünü bağlayıblar.

Bundan əlavə, hərbçilərin paytaxta, o cümlədən Abxaziya prezidentinin administrasiyasının binasına hərbi texnika daşımağa başladığı bildirilir.

Noyabrın 11-də Abxaziyada Rusiya ilə investisiya sazişini ratifikasiya etməməyə çağıran bir neçə müxalifətçi saxlanılıb. Onlar Qudautada keçirilən ictimai toplantıdan qayıdırdılar. Saxlanılanların Ömər Smır, Qarri Kokaya, Almasxan Ardzinba, Ramaz Copua və Aslan Qvaramiya olduğu üzə çıxıb və onlar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) şöbəsinə aparılıblar.

Qudautadakı görüş daha əvvəl noyabrın 11-də baş tutub və orada Abxaziya Xalq Məclisinin deputatları, Qudauta rayon məclisinin deputatları və regionun bütün kəndlərinin nümayəndələri iştirak ediblər. Görüş zamanı Rusiya hüquq firmalarının respublikada investisiya fəaliyyəti ilə bağlı saziş müzakirə edilib. Müzakirə nəticəsində iştirakçılar bu sazişin “abxaz xalqının maraqlarına uyğun olmadığını” əsas gətirərək, ratifikasiya edilməməsini xahiş edərək parlamentə müraciət ediblər.

Almaz Həsənli

Chosen
32
3
oxumeni.az

5Sources