EN

Yalçın Rəfiyev: COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik

“COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un ikinci günündə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COP29-un ilk günü uğurla başa çatıb: "Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar".

Nazir müavini məlumat verib ki, Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq: "Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır".

Bizim.Media

Chosen
6
3
bizim.media

4Sources