Hikmət Hacıyev COP29-un keçirildiyi məkanda yemək qiymətlərinin bahalığı ilə bağlı iddialara münasibət bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Təklif edirəm ki, BBC Azərbaycan və onun media xidməti peşəkar işlərlə məşğul olsun. Beynəlxalq ictimaiyyətin və dünyanın üzləşdiyi problemləri işıqlandırsınlar",- H.Hacıyev qeyd edib.
O vurğulayıb ki, sadəcə əvvəlki COP tədbirlərində iştirak edənlər qiymətlərlə bağlı düzgün müqayisə apara bilərlər.
Firuzə Əliyeva