“Azərbaycan ev sahibidir, lakin əslində COP29 bütün dünya üçündür və bu il Azərbaycanın yaşıl dünya ilə həmrəylik göstərməsi çox gözəldir”.
Bizim.Media xəbər verir ki, bunu məşhur hindistanlı yoga ustası və yazıçı Sadhquru (Caqqi Vasudev) Bakıda keçirilən COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında deyib.
O, bu konfransda yaşıl dünya haqqında müzakirələrin aparılmasının müsbət hal olduğunu bildirib:
"İndiyə qədərki əksər COP-larda neft ilə bağlı müzakirələr aparılırdı, amma indi yaşıl dünyadan, yaşıl mövzulardan danışmaları çox sevindiricidir. Bu, böyük bir irəliləyişdir. Azərbaycan keçən dəfə də mərkəzi Asiyada ekoloji dirçəlişə rəhbərlik etmişdi. Biz sizin ekologiya naziri ilə bu məsələ üzərində işlədik və bunu daha da irəli aparacağıq. Ev sahibi olaraq bu mərkəzi Asiya ölkələrinə liderlik etməyin məsuliyyətini daşıyırsınız. Bu gün burada bu ölkələrin liderləri və birinci xanımları da təşəbbüslər üçün addım atır ki, bu da çox ümidvericidir. Bu ölkələr dünyada hər kəsdən əvvəl yaşıl dünyaya keçid etməlidir".
Günay Şahmar, Bizim.Media