EN

COP29-da bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqu keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerjiüzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfəartırılması məqsədilə investisiyaların genişləndirilməsinə dairyüksək səviyyəli Nazirlər Dialoqu keçirilib.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir hökumət nümayəndələrini, beynəlxalqtəşkilatları və maliyyə institutlarının təmsilçilərini bir arayagətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmişöhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçünəməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağaimkan yaradıb. Tədbirin açılış hissəsində energetika naziri PərvizŞahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrəköməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyiüzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyininicraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan EnerjiAgentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.

Energetika naziri Parviz Şahbazov deyib: “Bu qlobal tədbir bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılmasıməqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir.COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən,sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağayönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona vəDəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və ŞəbəkələriÖhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsikritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək vəenerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumunvə sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizədüşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnolojiimkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkətedək”.

Nazir Azərbaycanın 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşılelektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişafprioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını millivə beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələr də həyatakeçirdiyini də bildirib: “2030-cu ilə qədər istismara veriləcək2,250 MVt gücündə günəş və külək elektrik stansiyalarıquraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-əyüksəldəcək. Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eynizamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7dəfədən çox artması deməkdir. Bu dövrdə əsas stratejihədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və buenerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa”dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə dəQazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün“Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Buregional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərəkAvropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün,həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrinyaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinəəhəmiyyətli töhfə vermiş olacaq”

İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədibərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal EnerjiSaxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.

Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalqbirlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğununaradan qaldırılması” adlı panel müzakirələrlə davam edib.

Qeyd edilib ki, tədbirdə 40-dan çox ölkə və təşkilatdannümayəndə təmsil olunub.

COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
Chosen
13
7
az.trend.az

8Sources