Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-dəBakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimiçərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru TedrosAdhanom Qebreyesus ilə görüşüb.
Trend xəbər verir ki, görüşdəCOP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərətöhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətlisəmərəli əməkdaşlığın aparıldığı bildirilib.
Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədəsöhbət açılıb, iqlim dəyişikliklərinin insan sağlamlığınatəsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinətoxunulub.