EN

BANM-də doktoranturaya qəbul olanlarla görüş keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov doktorantura səviyyəsinə qəbul olan tələbələrlə görüşüb.

“İki sahil” xəbər verir ki,  BANM-dən bildirilib ki, görüşdə kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə Elmar Əsgərzadə, Arzu Abdullayeva, Rəvan Kərimli, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisası üzrə Aydın Nəsirzadə, eləcə də neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alan Kənan Məmmədov iştirak ediblər.

Görüşdə rektor tələbələrin elmi fəaliyyətlərinin Azərbaycan və dünya enerji sektoruna mühüm töhfələr verəcəyini vurğulayıb.

Tələbələr BANM-in müasir təhsil və elmi mühitindən faydalanaraq, öz sahələrində mühüm elmi nailiyyətlər əldə etməyi hədəflədiklərini qeyd ediblər.

Chosen
37
1
ikisahil.az

2Sources