EN

Arturo Vidal 37 yaşında yenidən milliyə dəvət olundu

37 yaşlı yarımmüdafiəçi Arturo Vidal yenidən Çili millisinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, onun komandası noyabrdakı beynəlxalq fasilədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru və Venesuela komandalarına qarşı oynayacaq.

Ulduz futbolçu bir ildən artıqdır yığmaya dəvət olunmurdu.

Qeyd edək ki, Vidal 2024-cü ilin əvvəlindən öz ölkəsində “Kolo-Kolo”da çıxış edir. O, 2022-ci ilin yayından Avropa futbolundan kənarda qalıb. Yarımmüdafiəçi “Kolo-Kolo”dan əvvəlki ilyarımı Braziliyada “Flamenqo” və “Atletiko Paranaense”də çıxış edib.

Chosen
12
2
nocomment.az

3Sources