EN

UN-HABITAT icraçı direktoru: COP-29 iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün fürsətdir

COP-29 iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün bir fürsətdir.

APA-nın xəbərinə görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

“Tam şəkildə və güvənlə söyləyə bilərəm ki, biz insanlar hər biriniz davamlı şəkildə ümidlərinizi reallaşdırmaq və daha nikbin bir gələcək üçün çalışmağa davam edəcəyik. Həm baş katib və eyni zamanda BMT Məskunlaşma Proqramının rəhbəri olaraq COP29 sədrliyinə təşəkkürümü bildirirəm və eyni zamanda əməkdaşlıq və uzaqgörənlik əsasında, həm Dubay və digər tərəflərlə davamlı şəkildə COP29-un keçirilməsi ilə bağlı sizi təbrik edirəm,” deyə xanım Maymunah bildirib.

“UN HABİTAT”ın rəhbəri iqlim dəyişikliyi ilə bağlı təhlükələrin artıq çox real olduğunu qeyd edib: “Kaula Lampurda, bizim şəhərimizdə, eləcə də bütün digər şəhərlərdə uzunmüddətli istilik dalğalarından tutmuş ən böyük qasırğalara qədər müxtəlif fəlakətləri görürük. Bu problemlərin həll edilməsinə töhfə verə bilərik və davamlı şəkildə sərmayənin ayrılması şəhər əsaslı yaşıllıqların yaradılması və eyni zamanda karbon emissiyanın azalmasına töhvə verməliyik. Kəskin iqlim hadisələrinə təbiət əsaslı həlləri təklif edirik, şəhər mərkəzləri, biomüxtəliflik, qovşaqlara və eyni zamanda biomüxtəlif şəhərlərin yaradılması, çevrilməsini təklif edirik.”

Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhvələrə görə Azərbaycana təşəkkürünü bildirən xanım Maymunah dayanıqlı inkişaf olmadan sülhü yaradılmasının mümkünsüz olduğunu vurğulayıb.

Chosen
25
apa.az

1Sources