EN

COP29 çərçivəsində “Pambıqdan geyimə dəyər zəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması” mövzusunda panel müzakirələr keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası çərçivəsində “Pambıqdan geyimə dəyərzəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması”mövzusunda panel müzakirələr keçirilib.

Trend xəbər verir ki, bu barədə KəndTəsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatınazirinin müavini Sarvan Cəfərov ölkəmizdə pambıqçılıq sahəsinindavamlı inkişaf etdiyini vurğulayıb, iqlim dəyişikliyinin yaratdığıçətinliklərin aradan qaldırılması üçün elm, texnologiya vəinnovasiyaya əsaslanan yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan pambıq istehsalı və emalısahəsində inkişaf strategiyası həyata keçirir və bu sahədəpambıqçılıq üzrə ixtisaslaşmış ölkələrin və beynəlxalqtəşkilatların təcrübəsindən yararlanır. Xüsusilə son illərBeynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə birgə həyatakeçirilən layihələr çərçivəsində ölkəmizdə tədqiqatlar aparılır,yeni sortların yaradılmasında nüvə texnologiyalarının tətbiqiimkanları öyrənilir. Sarvan Cəfərov elmi yanaşmaların təcrübədətətbiqinin müsbət nəticələr verdiyini, pilot əkinlərdə tətbiqolunan iqlimə uyğun kənd təsərrüfatı təcrübələri nəticəsindəməhsuldarlığın iki dəfəyədək artdığını bildirib.

Müzakirələr zamanı qeyd olunub ki, ölkəmiz pambığın emalıinfrastrukturunu müasirləşdirərək daxili dəyər zəncirinigücləndirməyə çalışır. Yeni texnologiyalara qoyulan investisiyalarkeyfiyyətin artırılmasına, emal gücünün inkişafına və kəndyerlərində yeni iş yerlərinin yaradılmasına xidmət edir.Rəqəmsallaşma təşəbbüsləri və güclü maliyyə dəstəyi mexanizmləriilə birgə, bu inkişaf modelləri Azərbaycanın pambıq sənayesinibeynəlxalq bazarlara rəqabətqabiliyyətli məhsul çıxarması, pambıqemalı sektorunun dayanıqlı və yüksək dəyərli bir sektora çevrilməsibaxışlarını dəstəkləyir.

Panel müzakirələrdə iqlim dəyişikliyinin yaratdığı çətinliklərinminimuma endirilməsi istiqamətində beynəlxalq təcrübələr haqqındafikir mübadiləsi aparılıb, iştirakçıların suallarıcavablandırılıb.

COP29
COP29
COP29
Chosen
27
5
az.trend.az

6Sources