EN

İsrailin xüsusi elçisi: "İqlim böhranı hamımıza təsir edir, COP29-un nəticələrinə ehtiyacımız var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim sahəsində əməkdaşlığımızı gücləndirmək üçün özəl sektora diqqəti artırmalı və daha da yaxşılaşdırmalıyıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında İsrailin iqlim dəyişikliyi və davamlılıq üzrə xüsusi elçisi Gideon Behar deyib.
O bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi, Azərbaycan hökumətinin gördüyü işlər təqdirəlayiqdir:
"İqlim böhranı hamımıza təsir edir. Buna görə COP29-un lazımlı nəticələrinə ehtiyacımız var. Biz əminik ki, bu baş tutacaq".
Səfir vurğulayıb ki, İsrail ilə Azərbaycan arasında münasibətlər uzun illərə dayanan dostluğa əsaslanır:
"Biz hesab edirik ki, su, kənd təsərrüfatı, bərpaolunan enerji və s. kimi sahələrdə iqlim innovasiyasında görüləsi çox işlər var. Ölkələrimizin potensialı çox böyükdür. İqlim sahəsində əməkdaşlığı gücləndirmək üçün özəl sektoru daha da yaxşılaşdırmaq lazımdır. Özəl sektorla çox şey etmək olar. Ona görə də əlaqələri başqa necə inkişaf etdirmək olarsa, bu istiqamətdə addımları nəzərdən keçirə bilərik".
Məhərrəm Əliyev
Chosen
27
50
oxu.az

10Sources