EN

Bitki çaylarının faydası və ziyanı: Məşhur həkim danışdı

Professor bitki çaylarının düzgün növlərinin seçilməsi, düzgün dəmlənməsi və nəzarətli şəkildə istifadəsinin vacibliyini vurğulayıb: “Həzm sistemi pozğunluqları arasında ən çox rast gəlinən problemlərdən biri də funksional xəstəliklərdir. 

Bitki çayları həm xəstəliyin bəzi əlamətlərini yüngülləşdirir, həm də gündəlik sağlamlıq rejiminə töhfə verir. Bu xəstəliklərin müalicəsində çobanyastığı, müalicəvi nanə və melisa çayları ön plana çıxır. Bu çaylarla yanaşı, adaçayı, zəncəfil, zirə, şüyüd kimi bitkilər də həzmi asanlaşdırır". 

Prof. Dr. Yaşar bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma kimi iki əsas üsulun olduğunu vurğulayıb: 

"Xüsusilə yarpaq və çiçək hissələri istifadə olunan bitkilər mütləq bir az soyudulmuş su əlavə edilərək qaynadılıb dəmlənməlidir. Zəncəfil kimi kök birkilər əvvəlcə suda birlikdə qaynadılmalı, sonra süzülərək süfrəyə verilməlidir”. 

Bitki çaylarının hər zaman təhlükəsiz olmadığını vurğulayan Prof. Dr. Yaşar "Gündə bir-üç stəkan içmək idealdır. Daha çox istifadə etməyiniz bitki tərkibli maddələrin yan təsirlərinə səbəb ola bilər",- deyib. O, xüsusilə çobanyastığı çayında nəzərə alınması lazım olan fərqli növlərin olduğunu bildirib. 

Prof. Dr. Yaşar "Xalq arasında may çobanyastığı kimi tanınan növünə üstünlük veririk. Təbiətdəki hər çobanyastığı çay kimi istehlak edilə bilməz. Yanlış növün istifadəsi allergik reaksiyalara səbəb ola bilər", - deyib. 

O, bitki çaylarının etibarlı mənbələrdən alınmasının vacib olduğunu düşünür: "İstifadəçilərə bitki çaylarının mənbəyinə diqqət etmələrini və mütəxəssislərin məsləhəti ilə otlardan istifadə etmələrini tövsiyə edirik". 

Chosen
36
cebheinfo.az

1Sources