Bu isə o deməkdir ki, Azərbaycan Respublikasında qanunun aliliyi, o cümlədən də media azadlığı tam şəkildə təmin olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
“Əgər siz kiminsə həbsi ilə bağlı danışırsınızsa, gəlin qanunun aliliyindən danışaq. Adları çəkilən şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib. Burada qeyri-jurnalist fəaliyyəti ilə bağlı proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir.
Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundan kənar imtiyazlara sahib olmaq demək deyil. Sizin qeyd etdiyiniz şəxslərlə bağlı konkret rəqəmləri də qeyd edə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır.
Özlərini media orqanı adlandıran təsisatlar belə qanunsuz maliyyə prosesində, maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarının pozulmasını dərk etmirlər. Təəssüflə qeyd edirik ki, “Azadlıq Radiosu” da başda olmaqla özünü media təsisatı kimi təqdim edən bir sıra resurslar bir qədər şou və populizm xarakterli təbliğatlarla məşğul olurlar.
10Sources
-
buta.tvHikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video ( 12967165)
-
adalet.azHikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – VİDEO ( 12966016)
-
bakivaxti.azHikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – VİDEO ( 12965992)
-
sherg.azHikmət Hacıyevin bu sualına cavab verə bilmədilər ( 12965656)
-
axar.azHikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video ( 12964933)
-
azpost.info“Qeyri-qanuni fəaliyyətinizə baxmayaraq, COP29-da iştirak edirsiniz” –Hikmət Hacıyevin “Azadlıq radiosu”na cavabı /VİDEO ( 12956923)
-
demokrat.azHikmət Hacıyev: Özlərini media adlandıran təsisatlar maliyyə fırıldaqçılığında iştirak edərək qanunların pozulmasını dərk etmir ( 12952057)
-
demokrat.azHikmət Hacıyev: "Bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar" ( 12946519)
-
moderator.az"Bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar" - Hikmət Hacıyev ( 12946387)
-
moderator.azHikmət Hacıyev: "Bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar" ( 12946321)