EN

“Türkiyə mənfi təsirləri ən çox hiss edən ölkələr arasındadır” –ƏRDOĞAN

Bacarıqlı təşkilatçılıq və səmimi ev sahibliyinə görə xüsusən qardaşım Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda COP29-un Liderlər Sammitində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini ən çox hiss edən ölkələr arasındadır: “2053-cü ilə qədər tamamilə sıfır emissiyaya nail olmaq və “Yaşıl inkişaf” baxışımız çərçivəsində iqtisadiyyatda əsas sektorlarında dəyişikliklərə gedirik. Yaşıl maliyyə strategiyasını həyata keçirmək istiqamətində səylərimiz davam edir. Emissiya ticarət sistemini də ehtiva edən “İqlim haqqında” qanını çox yaxında Türkiyə parlamentinə təqdim edəcəyik. ”.

Chosen
10
7
azpost.info

8Sources