EN

Azərbaycan şirkəti "yaşıl istiqraz" buraxmaq istəyir

“Bakı Fond Birjası” QSC və “AzChemco” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb. SİA Birjaya istinadən xəbər verir ki, sənədə noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində imza atılıb.

Memorandum kapital bazarları vasitəsi ilə maliyyələşdirmə, o cümlədən "yaşıl istiqraz" buraxılması məsələlərini əhatə edir.

Xatırladaq ki, "AzChemco" 2020-ci ildə yaradılıb. Şirkət ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək verilməsi, əhalinin təhlükəsiz, keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması ilə məşğuldur.

Chosen
11
2
sia.az

3Sources