EN

Almaniyada növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib

Almaniya Xristian Demokrat İttifaqı və Bavariya Xristian Sosial İttifaqının (CDU/SDU) mühafizəkar bloku, Almaniya Sosial Demokrat Partiyası və Yaşıllar növbədənkənar parlament seçkilərinin fevralın 23-nə təyin edilməsi ilə bağlı razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti CDU/SDU-dakı mənbələrə istinadən məlumat yayıb.

Almaniya kansleri Olaf Şolz dekabrın 16-da Bundestaqda hökumətə etimad səsverməsi keçirmək niyyətindədir.

Qeyd edək ki, Yeni seçkilər parlamentin buraxılmasından sonra 60 gün ərzində keçirilməlidir.

 

Chosen
16
nocomment.az

1Sources