EN

Əlcəzairli mühəndis iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini təqdirəlayiq hesab edib

COP29 iqlim sammitindən gözləntilərimiz olduqca yüksəkdir. Hazırda karbon tullantılarının 15 faiz azaldılmasını hədəfləyən hidrogen layihələrinə xüsusi diqqət yetiririk və artıq iki belə layihənin icrasına başlamışıq.

“İki sahil” xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn Əlcəzairin Neft və Enerji Nazirliyinin energetika mühəndisi Mariem Hamadi söyləyib.

Asiyada ilk dəfə olduğunu bildirən Mariem Hamadi tədbirlə bağlı təəssüratlarını belə ifadə edib: “Azərbaycanın həm təşkilatçılıq səviyyəsindən, həm də ölkənin qonaqpərvərliyindən çox məmnunam. Konfransın təşkilati cəhətdən digər COP tədbirlərindən daha yüksək səviyyədə olduğunu gördüm. İqlim dəyişikliyi ilə mübarizəyə dair bu vacib tədbirin keçirilməsinə və ölkəmizə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm”.

Chosen
28
ikisahil.az

1Sources