EN

Tacikistan 2037-ci ilə qədər "yaşıl" iqtisadiyyata keçmək niyyətindədir - Emoməli Rəhmon

Bakı. Trend:

Tacikistan 2037-ci ilə qədər "yaşıl" ölkə olmağa və 2032-ci iləqədər bərpa olunan enerji mənbələrinə tamamilə keçməyə çalışır.

Trend xəbər verir ki, bunuTacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Bakıdakeçirilən COP29 sammitində çıxışı zamanı bildirib.

O vurğulayıb ki, ölkə artıq elektrik enerjisinin 98 faizini suelektrik stansiyalarından istehsal edir və bu, Tacikistanı aşağıkarbon emissiyalarına malik bir ölkə kimi mövqeləndirir. Tacikistankarbon dioksid emissiyaları üzrə dünyada 130-cu yerdədir.

Prezident ölkədə su və iqlim problemləri arasında mühüm əlaqəyədiqqət çəkib və iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsininsürətinin artmasından narahat olduğunu bildirib.

"Biz buzlaqların sürətlə əriməsinə xüsusi diqqət yetirməliyik.Buzlaqlar regionu su ilə təmin etmədə mühüm rol oynayır ", - deyə ovurğulayıb.

"Tacikistan 2025-ci ili "Buzlaqların Qorunması ili" elan edənBMT Baş Assambleyasının qətnaməsinin qəbul edilməsinə təşəbbüsgöstərib və bununla da BMT yanında buzlaqların qorunması üçünbeynəlxalq hədəf Fondu yaradılıb.

Taciqkstan bu Fonda öz töhfəsini verdi və bütün tərəfdaşları butəşəbbüsü dəstəkləməyə çağırır", - o deyib.

Prezident həmçinin, Xəzər dənizinin ekoloji təhdidləri ilə bağlıməsələlərə də toxunub.

"Dünyanın ən böyük gölünün qorunması ümumi narahatlıq mövzusudurvə uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir", - deyə o qeydedib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
27
3
az.trend.az

5Sources