“Bu fond iqlim dəyişikliyinin dağıdıcı təsirlərini hiss edənlərə lazım olan dəstəyi təmin etmək üçün bir vasitədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu gün imzalanan sənədlər ehtiyac duyan ölkələrə zərərlər və itkilər üçün maliyyə ayrılması yolunda tarixi bir mərhələni işarə edir:
"Bu ilki COP yalnız danışıqlar haqqında deyil. Bu, hərəkət etmək, hədəfimizi artırmaq və real, nəzərə çarpan hərəkətləri həyata keçirmək haqqındadır. Yalnız əməkdaşlıq və birgə səy nəticəsində qarşıda duran böyük çətinlikləri aşmağımız mümkündür".
Günay Şahmar, Bizim.Media