EN

Avropa ABŞ-la yeni ticarət müharibəsinə hazır olmalıdır - Finlandiyanın baş bankiri

Avropa ABŞ seçkilərində qalib gələn Respublikaçı Donald Trampın prezidentliyi dövründə başvermə ehtimalı böyük olan yeni ticarət müharibəsinə hazırlaşmalıdır.

Musavat.com The Wall Street Journal-a istinadən xəbər verir ki, bu fikri Finlandiya Mərkəzi Bankının rəhbəri, Avropa Mərkəzi Bankının Pul Siyasəti Qərar Qəbuletmə Şurasının üzvü Olli Ren deyib.

Onun sözlərinə görə, "ticarət müharibəsi başlayarsa, Avropa bununla hazırlıqsız üzləşməməlidir". Rehnə görə, artan siyasi qeyri-müəyyənlik səbəbindən avrozona iqtisadiyyatı üçün "yumşaq eniş" ehtimalı azalır. Nəşr bunun fonunda xatırladır ki, Tramp dəfələrlə bir sıra ölkələrdən, o cümlədən Avropa ölkələrindən malların idxalına tarifləri artırmaq niyyətini bəyan edib. Bundan əlavə, qlobal iqtisadiyyatda vəziyyət dünyanın müxtəlif yerlərində, xüsusən də Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən daha da pisləşir: “Yeni ticarət müharibəsi, xüsusən də müttəfiqlər arasında bugünkü geosiyasi qarşıdurma şəraitində bizə lazım olan son şeydir”. Onun sözlərinə görə, idxal rüsumlarının əhəmiyyətli dərəcədə artırılması qlobal iqtisadiyyatda vəziyyəti daha da pisləşdirə bilər.
Qeyd edək ki, seçki mitinqlərindəki çıxışlarında Tramp Aİ-dən idxal olunan mallara rüsumlar tətbiq etməklə təkcə ABŞ-ın ticarət kəsirini azaltmağı deyil, həm də sahibkarları öz fabriklərini ABŞ-a köçürməyə məcbur edəcəyini vəd edib. “Politico” qəzetinin yazdığına görə, Brüssel hesab edir ki, respublikaçının verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Almaniyanın avtomobil sənayesi ilə bağlı Avropa İttifaqının ən böyük iqtisadiyyatları üçün fəlakət ola bilər.

Musavat.com

Chosen
28
musavat.com

1Sources