EN

Salah "Liverpool"da qala bilər

"Liverpool"da müqaviləsi mövsüm sonunda bitəcək Muhammed Salah ilə yeni müqavilə danışıqları davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sky"-a istinadən xəbər verir ki, "Liverpool" və Salah tərəflərinin gözləntilərinin bir-birindən uzaq olduğu və bu səbəblə yeni müqavilə barədə razılığa gəlinmədiyi bildirilib.

Salaha əlavə olaraq Səudiyyə Ərəbistanı və Avropadan da təkliflər olduğu qeyd edilib.

2017-ci ildən bəri "Liverpool" formasını geyinən 32 yaşlı futbolçu, İngiltərə komandasında çıxdığı 366 oyunda 221 qol vurub və 99 assist edib.

Chosen
27
operativmm.az

1Sources