EN

"Turan Tovuz"da YENİ PROBLEM - Berdiyev nə fikirləşir?

Uğurlu mövsüm keçirən "Turan Tovuz" Bayıl səfərində ağır zərbə aldı.

Autsayder "Səbail"lə matçda bölgə klubu son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas ola bildi - 1:1.

Halbuki fasilə ərəfəsində Kristian Da Silva 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirsəydi, böyük ölçüdə yoldaşları ikinci yarı oyunun taleyini həll edə bilərdi.

İki tur əvvəl "Kəpəz"lə matçın 3-cü dəqiqəsində topu çərçivədən kənara vuran braziliyalı bu dəfə tiri nişan aldı.

Ümumiyyətlə, Qərb təmsilçisində anoloji hal üçüncü dəfədir yaşanır.

İlk hal "Qarabağ"la səfər oyununda baş vermişdi. Son dəqiqələrdə Otto Conun 11 metrlik nöqtədən vurduğu zərbə qapıdan bir xeyli aralı keçmişdi.

Əslində "Turan"nın bu mövsüm ilk ştatlı penal vuranı da nigeriyalı legioner olub.

Lakin o, Ağdam təmsilçisi ilə görüşdə birinci penalı dəqiq vursa da, ikincidə fürsəti qaçırmışdı.

Məhz bundan sonra türkmənistanlı mütəxəssis məsul vəzifəni Kristian da Silvaya tapşırıb.

Görünür, o da əcnəbi məşqçinin ümidlərini doğrultmur.

Qarşıdakı görüşlərdə nöqtəyə yeni ad yaxınlaşsa təəccüblənməyin.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
33
sportinfo.az

1Sources