EN

Belçika Baş naziri ədalətli enerji keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb

Ölkələr siyasətlərini iqlimin qorunması lehinə dəyişməsələr, əsrin sonuna qədər qlobal istiləşmə 3 dərəcə Selsiyə çatacaq.

“İki sahil” xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kroo deyib.

“Biz qarşımıza iddialı məqsədlər qoymalı və onları mümkün qədər səmərəli və çevik şəkildə həyata keçirməliyik. Vətəndaşlarımız sürətli və qətiyyətli dekarbonizasiya üçün bizdən nəticələr və əməkdaşlıq gözləyir”, - o bildirib.

De Kroo hesab edir ki, iqlim danışıqları mükəmməl olmaqdan uzaqdır, lakin bugünkü iqlim siyasətini on il əvvəlki ilə müqayisə etdikdə əhəmiyyətli irəliləyişlər müşahidə etmək olar. “Ölkələrin böyük əksəriyyəti sıfır emissiyaya nail olmaq yoluna qədəm qoyub. Bununla belə, bir çox problemlər qalmaqdadır. Biz enerji səmərəliliyi sahəsində daha çox iş görməliyik”, - baş nazir bildirib.

Onun sözlərinə görə, iqlim problemlərinin həlli çətindir, lakin bütün imkanlardan istifadə olunarsa, investisiyalar artırılarsa, maliyyə vəsaitləri hamının istifadəsinə verilərsə, mümkündür.

Siyasətçi həmçinin inkişaf etməkdə olan və iqlim böhranına daha çox həssas olan ölkələrin problemlərinə daha çox diqqət yetiriləcək ədalətli enerji keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb.

“İqlim dəyişikliyinin planetə və insanlara mənfi təsirini azaltmaq üçün uyğunlaşma üzrə səyləri ikiqat artırmalıyıq. Adaptasiya vətəndaşlarımızı onların həyatını yaxşıya doğru dəyişə biləcəyimizə inandırmaq üçün mütləq lazımdır”, - o əlavə edib.

Chosen
40
ikisahil.az

1Sources