EN

Türkiyədə 12 və 13 yaşlı qızlar ana olub

Türkiyənin Adana şəhərində ard-arda 12 və 13 yaşlı iki azyaşlı qız Ceyhan Dövlət Xəstəxanasında uşaq dünyaya gətirib.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, onlar qarın ağrısı şikayəti ilə xəstəxananın təcili yardım otağına gətiriblər.
Nə baş verdiyini anlamayan 12 yaşlı uşaq qarınağrısı və qanaxma diaqnozu ilə əməliyyata alınıb və ana olub.
Onun qonşusu tərəfindən cinsi zorakılığa məruz qaldığı məlum olub.
Daha sonra 13 yaşlı E.K da qanaxma ilə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, E.K 11 yaşında olarkən əmisioğlu ilə qaçıb. Ailələri razılıq verdikdən sonra onlar dini mərasimlə evləniblər. 13 yaşlı qız da əməliyyatla övlad dünyaya gətirib.
Aysel

Mənbə: azxeber.com

Chosen
25
azxeber.com

1Sources