EN

Beynəlxalq dərəcəli hakimimiz CEV Kubokuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV Kubokuna təyinat alıb.

Həmyerlimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.

Chosen
20
9
cbcsport.az

10Sources