İsrail Baş nazir Benyamin Netanyahu İran xalqına müraciət edib.
Axar.az “Tayms of İsrail”ə istinadla xəbər verir ki, Netanyahu ingilis dilində video-müraciətində İranın İsrailə üçüncü hücumunun “İran iqtisadiyyatını çökdürəcəyini” deyib.
O, oktyabrda İsrailə ballistik raket hücumunun Tehrana 2,3 milyard dollara başa gəldiyini bildirib və qeyd edib ki, bu sizdən oğurlanan pullardır.
Netanyahu vurğulayıb ki, oktyabr hücumu İsrailə kiçik ziyan vurub:
“Bəs bu sizə nə zərər verdi? Bu məbləğ nəqliyyata, təhsilə xərclənə bilərdi. Rejim İsraillə müharibələrə deyil, təhsilə, infrastruktura və səhiyyəyə pul xərcləsəydi, iranlıların həyatı dəyişərdi.
Mən bilirəm ki, siz bu müharibəni istəmirsiniz. Mən də bu müharibəni istəmirəm. İsrail xalqı da bu müharibəni istəmir. Sizin ailənizi böyük təhlükə qarşısında qoyan bir qüvvə var: Tehran tiranları!”