EN

Trampın gəlişinə belə hazırlaşırlar

Vaşinqton yeni seçilmiş prezident Donald Trampın administrasiyasını “qəbul etməyə hazırdır.

Bunu ABŞ paytaxtının meri Muriel Bouzer deyib. O bilirib ki, keçid yanvarda baş tutacaq.

“Cebheinfo.az” CNN-ə istinadən xəbər verir ki, Bouzer şəhərn artıq mərasimə hazırlaşdıını deyib.

O, ofisinin inauqurasiya ilə bağlı Trampın komandası ilə əlaqə saxladığını və tədbirin planlaşdırılmasının növbəti bir neçə ay ərzində davam edəcəyini söyləyib:

"Biz belə bir tədbirə ev sahibliyi etməkdən, ABŞ Məxfi Xidməti və federal tərəfdaşlarla işləməkdən və bu zaman Vaşinqtona gələcək federal amerikalılarımızı salamlamaqdan qürur duyuruq".

Bouzer qeyd edib ki, işlədiyi müddətdə o, üç müxtəlif prezident administrasiyası və hər iki partiyanın qanunvericiləri ilə çalışıb. O, şəhərin maraqlarına uyğun olanı etmək üçün yenidən birlikdə işləmək niyyətində olduğunu deyib:

"Yeni administrasiya ilə biz şəhərə baxışımızı dəstəkləməyə davam edəcəyik".

Chosen
23
cebheinfo.az

1Sources