EN

Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq - XİN

Bakı. Trend:

Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının LəğvEdilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işüzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkinetirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü iltarixli qərarlarını qeydə alıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki,Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilənkütləvi insan hüquqları pozuntuları ilə əlaqədar AzərbaycanınErmənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərarqəbul edib.

Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıyaqarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görəErmənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyətgöstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanınonilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etniktəmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmətərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizlimina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərardaistisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidinəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlarüçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Sonolaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı minapartlayışı nəticəsində xəsarət alıb.

Yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülkiinsanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanınəldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altındaqoyur.

Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanınirqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların vədəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlamasıəhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasınınbeynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyinigöstərəcəyinə əmindir.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşıiddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeydedilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlardaErmənistanın işğal dövrü zamanı ətraf mühitin və enerjiinfrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digərsahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyətəzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərininonilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalqinsan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanınməsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik.

Chosen
28
49
az.trend.az

10Sources