"Real"ın futbolçusu Mark Kukalon 19 yaşında karyerasını başa vurub.
QOL.az xəbər veir ki, bu barədə Madrid klubunun yetirməsi sosial şəbəkədə məlumat verib.
Futbolçunun dizinin çarpaz bağı yırtılıb, əməliyyat zamanı bakteriyalar oynağa daxil olub və nadir infeksiyaya səbəb olub. Bu səbəblə Kukalon karyerasını sonlandırmağa məcbur qalıb.
Qeyd edək ki, yarımmüdafiəçi "Real"ın heyətində Gənclər Çempionlar Liqasında 4 oyun keçirib və sözügedən zədəni oyunlardan birində alıb.