EN

“Turan Tovuz” Cavid Hüseynovdan təzminat istəyib? – rəhbərlik açıqladı

Gözlənildiyi kimi, Cavid Hüseynov “Turan Tovuz”dan ayrılaraq “Səbail”in baş məşqçisi təyin olundu.

Yayda Kurban Berdıyev “bozqurdlar”ın “sükanı arxasına” keçəndən sonra yanına apardığı iki azərbaycanlı gənc məşqçidən biri həmin Hüseynov olmuşdu. Təbii ki, hər kəs türkmənistanlı mütəxəssiin bu addımını dəstəkləmişdi. Cavid bəyin “Səbail”ə təyinatını müsbət qarşılayanlarla yanaşı, bu addımı “Turan Tovuz”a xəyanət kimi qəbul edənlər də az olmadı.

Bu yerdə maraqlı məqam müqavilənin vaxtından əvvəl pozulduğuna görə təzminat məsələsidi. Düzdü, 35 yaşlı məşqçi iki həftə ərzində Berdıyevin xeyir-duasını almağa çalışdı, rəhbərliklə də münasibətləri korlamadı. Amma iş başqa, dostluq başqa.

Görəsən, “Turan Tovuz” rəhbərliyi təzminatla bağlı müzakirələr aparıbmı? Klubun İdarə Heyətinin üzvü Əli Balakişiyev “Football-plus.az”a bunları dedi:

“Aramızda təzminat söhbəti olmayıb. Sadəcə, hörmət əsasında bir-birimizlə vidalaşdıq, ona uğurlar arzuladıq. Bu qədər”.

RÖYANƏ OĞUZ
Chosen
27
football-plus.az

1Sources