EN

Fransada terror aktının qarşısı alınıb

Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları ölkənin qərbində 16 yaşlı yeniyetməni terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Saxlanma noyabrın 5-də baş tutub. Noyabrın 8-də isə Milli Antiterror Prokurorluğu gəncin terrorçu cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda ittiham olunduğunu və saxlanıldığını təsdiqləyib.

Axtarış zamanı saxlanılan şəxsin üzərindən tapança qabı və bıçaq aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
2
olaylar.az

8Sources