EN

İşsiz almanlar niyə ukraynalı qaçqın olmaq istəyirlər?

Almaniya sakinlərinin ukraynalı qaçqınlara münasibəti münaqişə başlayandan bəri xeyli pisləşib. Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer Rusiya mediasına açıqlamasında bildirib.

“Bəzi işsiz almanlar mənə belə deyirlər: Düşünürəm ki, mən artıq ukraynalı olmalıyam... Çünki bu yolla daha çox qazanacağam. İnsanlar artıq belə zarafatlar edirlər. Amma indi əhval-ruhiyyə onlara(Ukraynalı qaçqınlar-red.) qarşı işləyir”,- o qeyd edib.

Nimeyerin fikrincə, hazırki vəziyyətdən yeganə çıxış yolu münaqişənin sona çatması və Ukraynadan olan qaçqınların öz vətənlərinə qayıtmasıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
20
news365.az

1Sources