Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentə düşüb.
"Operativ Media" xəbər verir ki, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentələ üzləşib.
Hadisə nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir. Təyyarə endikdən sonra yaralılar xəstəxanaya aparılıb.