EN

“Azeri Light” bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 ABŞ dolları və ya 0,6% artaraq 74,16 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 73,72 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Chosen
9
5
cebheinfo.az

10Sources