EN

Toy avtobusu çaya düşdü: 26 nəfər öldü

Pakistanın şimalında toya gələnləri daşıyan avtobusun çaya düşməsi nəticəsində azı 26 nəfər ölüb.

Bu barədə “Dawn” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, gəlin aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Xilasedicilər 13 nəfərin cəsədini çaydan çıxarıblar.

Qalan 12 itkin düşmüş şəxsin öldüyü ehtimal edilir. Lakin rəsmilər şaxtalı havaya baxmayaraq, onların axtarışlarının davam etdiyini bildirib.

Avtobusda ümumilikdə 27 nəfər olub, onlar Pəncabın Çakval rayonuna gedən toy kortejinin bir hissəsi olublar.

İlkin məlumata görə, sürücü sürət həddini aşdığı üçün idarəetməni itirib.

Chosen
35
moderator.az

1Sources