EN

2024 il Buker mükafatının qalibi məlum oldu

Londonda dünyanın əsas ədəbi mükafatlarından biri olan Buker mükafatının laureatı elan edilib. Qalib "Orbital" romanı ilə britaniyalı yazıçı Samanta Harvi olub.

Rəssam və yazıçı Edmund de Vaalın sədrlik etdiyi münsiflər heyəti yekdilliklə romanı qalib seçib. "Bu, Harvinin dünyamızın kövrəkliyinə intensiv diqqətini əks etdirən bir işdir,"- vurğulayıb de Vaal.

Keçən ilin noyabrında nəşr olunan “Orbital” Böyük Britaniyada ümumi tirajı 29 000 nüsxə olmaqla nominantların ən çox satılan kitabı olub. Qəhrəmanların 16 gün doğuşunu və 16 gün batmasını izlədiyi kitab, rəyçilərin fikrincə, "Yer, gözəllik və insan arzuları haqqında zərif bir düşüncədir".

136 səhifəlik roman Buker mükafatını qazanan ikinci ən qısa kitab oldu. Bu, Penelopa Fitsjeraldın 1979-cu ildə qalib gələn “Offşor” əsərindən dörd səhifə uzundur.

Mükafatın saytında deyilir ki, bu, Bukerin 55 illik tarixində ilk dəfədir ki, beş qadın və yalnız bir kişi qısa siyahıya düşüb.

Siyahıya Harvi ilə yanaşı Reyçel Kuşner, Enn Maykls, Yael van der Vuden, Şarlotta Vud və kitabı Orbitalın əsas rəqibi olan Ceyms Persival Everett də daxil idi.

Buker mükafatı ingilisdilli dünyanın və ümumilikdə dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biridir. İlk mükafat 1969-cu ildə verildi - daha sonra mükafatı Persi Hovard Nyubi "Buna görə cavab verməli olacaq" əsərinə görə aldı.

Bədii ədəbiyyat üzrə Buker mükafatı istənilən millətdən olan yazıçıların ingilis dilində yazılmış və Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş əsərlərinə açıqdır.

2023-cü ilin Buker qalibi 46 yaşlı irland yazıçısı Pol Linçdir. O, “Peyğəmbərin nəğməsi” romanı ilə diqqət çəkib.

Almaz Həsənli

Chosen
18
oxumeni.az

1Sources