EN

MINİMUM ƏMƏKHAQQI VƏ PENSİYALAR NƏ QƏDƏR ARTIRILIR? - İqtisadçılar proqnozlarını açıqladılar

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq".

"AzPolitika" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə təkliflərin hazırlandığını, dövlət büdcəsinin yekunundan sonra sözügedən artımların ictimaiyyətə elan ediləcəyini bildirib. Xatırladaq ki, ölkə başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılacağının anonsunu vermişdi.

"İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda artım 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya isə 2,5 dəfə artıb. Onu da bildirməliyəm ki, artıq göstəriş verilib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya məbləği artırılsın”,- deyə prezident vurğulamışdı.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya sonuncu dəfə 2023-cü il 1 yanvar tarixində artırılıb. Həmin vaxt aylıq minimum əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata çatdırılıb.

Artıq son artımın üzərindən təxminən 2 ilə yaxın bir müddət keçir. Hazırda hər kəsi maraqlandıran sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?

Chosen
10
azpolitika.info

1Sources